`Prezidentlərin görüşü faydalı oldu` - Ermənistan XİN


04:34     21 İyun 2016 Nalbandyan%20qorxu%20azv.JPG

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.


Femida.az APA-ya istinadən bildirir ki, Edvard Nalbandyan bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbandyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".

Açar sözlər:

Oxunub: 2545